“KOB-lardan vergi daxilolmaları 61 faiz artıb” – Mikayıl Cabbarov  

“KOB-lardan vergi daxilolmaları 61 faiz artıb” – Mikayıl Cabbarov  

Hazırda oxunan: “KOB-lardan vergi daxilolmaları 61 faiz artıb” – Mikayıl Cabbarov  
143530
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il Azərbaycanda kiçik və orta biznes subyektləri üzrə vergi daxilolmaları 2021-ci illə müqayisədə 61 % artaraq 2,9 milyard manata çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb. 

M.Cabbarov bildirib ki, hesabat dövründə KOB-lar üzrə dövriyyə isə 2021-ci illə müqayisədə 19 % artaraq 38,8 milyard manata çatıb. 

"Bu gün Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. KOB subyektlərinin fəaliyyətinin təşviqi iqtisadiyyatımızın şaxələnməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verir. 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində ölkəmizdə KOB subyektlərinin sayı 45 % artaraq 355 906-ya və qeyri-neft ÜDM-də payı 23,5 %-dən 26,6 %-ə yüksəlib. Sahibkarlarımıza davamlı uğurlar və nailiyyətlər arzulayırıq", - nazir əlavə edib. 

“KOB-lardan vergi daxilolmaları 61 faiz artıb” – Mikayıl Cabbarov   - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO