Antalyaya bu il təyyarə ilə 5 milyondan çox turist gəlib

Hazırda oxunan: Antalyaya bu il təyyarə ilə 5 milyondan çox turist gəlib

143286

Türkiyənin turizm paytaxtı Antalyaya bu ilin ötən dövründə hava yolu ilə gələn qonaqların sayı 5 milyonu ötüb.

Bizim.Media TRT telekanalına istinadən xəbər verir ki, Antalya valisi Ersin Yazıcı sosial media hesabından etdiyi paylaşımda şəhərin dörd mövsüm boyunca turizm təqdim etdiyini, “Türkiyənin qonaq otağı” olduğunu bildirib.

Onun sözlərinə görə, iyunun 24-dək Antalyaya beynəlxalq xətlərdən 5 milyon 71 min 305 nəfər turist gəlib.

Ersin Yazıcı deyib ki, iyunun 17-də 86 min 278 xarici turistin gəlişi ilə ilin gündəlik rekordunu qıran Antalya iyunun 24-də təyyarələrlə gələn 90 min 853 əcnəbi qonağı qəbul etməklə bu rekordu yeniləyib.
Şəhər ilin sonuna qədər turist sayının 16 milyona çatmasını hədəfləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO