Putin Şoyqunu alçaldıb? - VİDEO

Putin Şoyqunu alçaldıb? - VİDEO

Hazırda oxunan: Putin Şoyqunu alçaldıb? - VİDEO

141388

Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqunu alçaldıb. Bu, bazar ertəsi, iyunun 12-də Moskva vilayətində yeləşən  Vişnevski adına Mərkəzi Hərbi Hospitalda rus hərbçilərinə dövlət mükafatları təqdim edilən zaman baş verib.

Bizim.Media xəbər verir ki, videonu “News Kremlin” teleqram kanalı yayıb.

Jurnalistlər Kremlin sahibinin müdafiə naziri Sergey Şoyquya necə arxa çevirdiyini görüblər. O da öz növbəsində ayaq üstə var-gəl edib, nə edəcəyini bilməyib.

BILD nəşrinin Rusiya xidmətinin jurnalisti Mark Oliver Rühle mövzu haqda belə yazıb. "Putin çarəsiz qalan Şoyquya arxasını çevirdi. Bu maraqlı mənzərə Şoyqunu yöndəmsiz göstərdi. Putin müdafiə nazirini alçaldır".

O, xatırlayır ki, əvvəllər Putinlə Şoyqunun yaxın münasibəti olub, birlikdə çox vaxt keçirib və tətilə gediblər. Ancaq Ukraynadakı uğursuzluqlara görə Rusiya Müdafiə Nazirliyi daha çox tənqid olunur.

“Ekspertlərin fikrincə, Putin istəyir ki, əhalinin və xüsusən də hərbçilərin qəzəbi ona deyil, Şoyquya yönəlsin”, - Mark Oliver Rühle bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO