Yol Polisi REYDƏ başladı – Qanunsuz fəaliyyət göstərən taksilər YIĞIŞDIRILIR

Yol Polisi REYDƏ başladı – Qanunsuz fəaliyyət göstərən taksilər YIĞIŞDIRILIR

Hazırda oxunan: Yol Polisi REYDƏ başladı – Qanunsuz fəaliyyət göstərən taksilər YIĞIŞDIRILIR
139488
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 20 Yanvar dairəsi, eləcə də “Şamaxinka” adlanan istiqamətində nəzərat-profilaktik tədbirlər həyata keçirir. 

Bizim.Media-ya bu barədə məlumat verən Bakı şəhər DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, tədbirlərin görülməsində əsas məqsəd həmin ərazidə hərəkətin intensivliyini təmin etməkdir:

“Şimal qapısından şəhərə daxil olan nəqliyyat axınının düzgün idarə olunması və nəqliyyatın fasiləsizliyinə eləcə də təhlükəsizliyinə xələl gətirən halların aradan qaldırılması üçün birlikdə zəruri tədbirlər başlanılıb. Ərazidəki problemləri birlikdə təhlil etdikdən sonra görüləcək işlər həm də sərnişinlərin nəqliyyat ehtiyaclarını düzgün planlaşdırmağa kömək edəcək. Bu tədbirlər davamlı şəkildə keçiriləcək.

Nəticədə qanunsuz sərnişindaşımaların, həmin şəxslərin yolların hərəkət istiqamətini zəbt etməsinin və dayanma-durma qaydalarının pozulmasının qarşısı alınacaq. Bundan əlavə, gündəlik şəhərdaxili marşrutları icra edən ictimai nəqliyyatın infrastrukturuna problem yaradanlara və eləcə də, şəhərlərarası daşımaları qanunsuz həyata keçirənlərə qarşı da tədbirlər nəzərdə tutulub”. 
Əsas hədəf 20 yanvar dairəsi ətrafından Sumqayıt, Xırdalan şəhərləri və müxtəlif qəsəbələrə qeyri-qanuni sərnişin daşınması ilə məşğul olanların Avtovağzal metrostansiyası və Avtovağzal nəqliyyat mübadilə mərkəzinə yönəldirilərək ictimai nəqliyyatın tənzimlənməsi və yolların buraxılış imkanlarının artırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO