Azərbaycanın qaz ehtiyatları ilə bağlı BP-dən rəsmi AÇIQLAMA

Azərbaycanın qaz ehtiyatları ilə bağlı BP-dən rəsmi AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanın qaz ehtiyatları ilə bağlı BP-dən rəsmi AÇIQLAMA
139091
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BP Azərbaycanda yeni əhəmiyyətli qaz ehtiyatlarının aşkar olunmasını gözləyir.

Bizim.Media xəbər verir ki, bunu 28-ci Bakı Enerji Forumu zamanı BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel deyib.

Onun sözlərinə görə, hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi aparılır.

Qordon Birrel onu da əlavə edib ki, "Şahdəniz" qaz-kondensat yatağından daha çox qaz əldə etmək imkanları da araşdırılır və hazırda burada yeni kəşfiyyat quyusu qazılır.

Qordon Birrel yuxarıda qeyd olunan işlərin nəticəsində böyük qaz ehtiyatlarının aşkar olunacağını və nəticədə Avropaya nəql edilən qaz həcmlərinin artacağının gözlənildiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO