Türkiyənin silahlı pilotsuz dəniz platforması SINAQDAN KEÇİRİLİB

Hazırda oxunan: Türkiyənin silahlı pilotsuz dəniz platforması SINAQDAN KEÇİRİLİB

138097

Türkiyənin Müdafiə Sənayesi şirkəti Meteksan və Ares gəmiqayırma zavodu tərəfindən ortaq istehsal edilən ULAQ silahlı pilotsuz dəniz platforması yerli mühərriklərlə sınaqdan keçirilib.

Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, silahlı pilotsuz dəniz platformasının sınaqdan keçirildiyi ilk görüntülər Malayziyada keçirilən Langkawi Beynəlxalq Dəniz və Aviasiya Sərgisində yayımlanıb.

Məlumata əsasən, ULAQ prototipində istifadə olunan mühərrik Türkiyənin Türk Avtomobil Sənayesi və Ticarəti (TÜMOSAN) şirkətinin yerli mühərriki ilə əvəz edilib.
Bundan əlavə, ULAQ-da L-UMTAS Lazerlə İdarə Edilən Uzun Mənzilli Tank Əleyhinə Raket Sistemi və CİRİT Lazer İdarəetmə Raketi ilə təchiz olunmuş YALMAN Silah Qülləsi olacaq. Dəniz platformasında 12,7 millimetrlik silah sistemindən də istifadə olunacağı gözlənilir.

ULAQ-ın ilk konfiqurasiyasının bu ilin son rübündə təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin ASELSAN, ASFAT, DEARSAN, DESAN, HAVELSAN, KALE KALIP, KOÇ DEFENCE, METEKSAN, MİLSOFT, MKE, ROKETSAN, SARSILMAZ, STM, TAİS, TEİ, TUSAŞ, TİMSAN, TİTRA müdafiə sənayesi şirkətləri 23-27 may tarixlərində Malayziyanın Langkawi şəhərində iki ildən bir təşkil edilən "LIMA Langkawi Beynəlxalq Dəniz və Aerokosmik Sərgisi"ndə iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO