“Mənə qarşı qarayaxma və böhtan kampaniyasının başında Fərəc Quliyevin oğlu Mətin Quliyev dayanır. Bu məsələ təsdiqini tapib”.
Bu sözləri Milli Məclisin Təhsil Komitəsinin üzvü Etibar Əliyev “Facebook” hesabında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
MİLLƏT VƏKİLİ: “AMEA-nın rəhbərliyi qapalı mühit formalaşdırıb”
Deputatın sözlərinə görə gün ərzində böhtan xarakterli bir neçə eyni məzmunda materiallar paylaşılır.
Daha sonra eyni adamlar həmin paylaşmaların altından ən əxlaqsız söyüş və təhqirlərli yazırlar:
“Mənə maraqlı gələn başqa məsələdir. Əli Kərimlinin işlətdiyi “Azadlıq” qəzetinin “Facebook” səhifəsinin Fərəc Quliyevin oğlu ilə nə əlaqəsi var? M.
Quliyevin paylaşdığı qara piar elementləri nədən ilk olaraq “Azadlıq” qəzetinin “Facebook” səhifəfisndə yer tapir? Bəlkə, Əli Kərimli ilə Fərəc Quliyev müştərək ferma işlədirlər?..”- deyə deputat sual edib.
Alçina Amilqızı, Bizim.Media