Gözəllik salonunda arvadını öldürən kişi TUTULDU

Gözəllik salonunda arvadını öldürən kişi TUTULDU

Hazırda oxunan: Gözəllik salonunda arvadını öldürən kişi TUTULDU

130549

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media-ya bu barədə Baş Prokurorluqdan məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda gözəllik salonunda kişi arvadını QƏTLƏ YETİRİB


Aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı  1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO