
- A-
- A
- A+
“Metro stansiyalarının sayı 100-ə çatdırılmalıdır” – Qüdrət Həsənquliyev
“Ən əzı 5 il ərzində Bakıda metrostansiyalarının sayını 100-ə çatdırmaq lazımdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.
Çıxışı zamanı Fazil Mustafaya qarşı sui-qəsddən danışan deputat Bakı şəhərində təhlükəsizlik kameralarının sayının artırılmasına çox ciddi ehtiyacın olduğunu vurğulayıb.
Millət vəkili paytaxtın tıxac problemindən də söz açıb:
"Bakı şəhərində çox ciddi sıxlıq var. Hesab edirəm ki, bu məsələ ilə bağlı xüsusi dövlət proqramı qəbul olunmalıdır. Ən əzı 5 il ərzində Bakıda metrostansiyalarının sayını 100-ə çatdırmaq lazımdır. Bunun üçün həm Dövlət Neft Fondundan vəsait ayırmaq, həm də xarici şirkətləri və investorları bu işə cəlb etmək olar”.
Murad Əhmədov, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































