Zəlzələdə ölən tələbə Hümam İsmayıllı ilə vida mərasimi keçirilir - FOTO

Zəlzələdə ölən tələbə Hümam İsmayıllı ilə vida mərasimi keçirilir - FOTO

Hazırda oxunan: Zəlzələdə ölən tələbə Hümam İsmayıllı ilə vida mərasimi keçirilir - FOTO

120792

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri ilə vida mərasimi keçirilir.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, zəlzələ nəticəsində həlak Hümam İsmayıllı ilə evlərində vida mərasimi keçirilir.

Hümam İsmayıllı Corat qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Türkiyədəki zəlzələdə 10 nəfər Azərbaycan vətəndaşı da həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO