BİZİM TƏQVİM: Ruslar 10 il ərzində 1 milyon əfqanı qətlə yetirib

BİZİM TƏQVİM: Ruslar 10 il ərzində 1 milyon əfqanı qətlə yetirib

Hazırda oxunan: BİZİM TƏQVİM: Ruslar 10 il ərzində 1 milyon əfqanı qətlə yetirib

120437

1989-cu ilin 15 fevral tarixindǝ Sovet İttifaqı bütün qoşunlarının Əfqanıstandan çıxarıldığını rəsmən elan edib. Bununla da 1979-cu ilin dekabrından davam edən qanlı sovet-əfqan müharibəsi başa çatıb. Müharibǝ nǝticǝsindǝ 1 milyon Әfqanıstan vǝtǝndaşı hǝlak olub, 2,5 milyon adam xǝsarǝt alıb, 5 milyon adam isǝ başqa ölkǝlǝrǝ köç etmǝk mǝcburiyyǝtindǝ qalıb.

Bəs, 15 fevralda daha hansı hadisələr baş verib?

1. 1820-ci ilin 15 fevral günü Kopenhagen Universitetində elektrikə həsr olunmuş növbəti mühazirə fizika professoru Ersted elektrikin maqnit təsirini kəşf edib.

2. 1898-ci ilin 15 fevral tarixindǝ Amerika Birlǝşmiş Ştatlarına mǝxsus hǝrbi gǝminin İspaniyanın rǝhbǝrliyindǝki Kubanın Havana limanında partlamasından vǝ 260 dǝnizçisinin hǝlak olmasından sonra ABŞ İspaniyaya müharibǝ elan edib.

3. 1922-ci ilin bu günündə Haaqada Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılıb. İkinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Beynəlxalq Tribunal fəaliyyətə başlayıb.

4. 15 fevral 1933-cü ildə terrorçu Cüzeppe Zinqura ABŞ-ın yenicə seçilmiş prezidenti Franklin Ruzveltə qarşı sui-qəsd təşkil edib.

5. 15 fevral 1965-ci ildə Kanadanın bayrağına ağ-qırmızı rəngli ağcaqayın yarpağı əlavə edib.

6. 1999-cu ilin 15 fevral tarixindǝ terror tǝşkilatı PKK-nın başçısı Abdullah Öcalan Keniyada saxlanılıb. Türkiyǝnin göstǝrdiyi tǝzyiq nǝticǝsindǝ Suriyada qovulan vǝ Yunanıstan, Rusiya, İtaliya vǝ son olaraq Keniyaya qaçmaq mǝcburiyyǝtindǝ qalan terror tǝşkilatının başçısı Hollandiyaya getmǝk istǝdikdǝ Nairobi hava limanında  Türk tǝhlükǝsizlik qüvvǝlǝri tǝrǝfindǝn saxlanılıb vǝ xüsusi tǝyyarǝ ilǝ Türkiyǝyǝ gǝtirilib.

7. 15 fevral 2001-ci ildə tam insan genomunun ilk layihəsi “Nature” jurnalında dərc olunub.

8. 2003-cü ilin bu günündə dünyanın 600-dən çox şəhərində İraq müharibəsinə qarşı etirazlar keçirilib. 8  milyondan 30 milyona qədər insanın iştirak etdiyi etirazlar tarixin ən böyük sülh nümayişi sayılır.

9.  15 fevral 2013-cü ildə Rusiyanın Çelyabinsk vilayətinə meteorit düşüb.

15 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. E.Ə. 399-cu ilin 15 fevral günü dünyada Əxlaq Fəlsəfəsinin banisi kimi qəbul edilən, məhşur antik yunan filosofu Sokrat “yunan allahlarına qarşı gəldiyi” və “gənclərin mənəviyyatını pozması” iddiaları ilə ölümə məhkum edilib.

2. İtaliyanın dahi fiziki, mexanik, astronom və filosof Qalileo Qaliley 1564-cü ilin 15 fevralında anadan olub.

3. Biologiya elmləri doktoru, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954–1959-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası MK-nin birinci katibi, Azərbaycan EA-nın həqiqi üzvü İmam Mustafayev 15 fevral 1910-cu ildə anadan olub.

4. 1914-cü ilin 15 fevralında Xalq artisti Muxtar Avşarov anadan olub.

5. 15 fevral 1929-cu ildə Azərbaycan SSR-nin DTK-nın 7-ci sədri, MTX-nin Akademiyasının sabiq sədri Ziya Yusifzadə anadan olub.

6. 1934-cü ilin 15 fevralında Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, Akademik, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev dünyaya göz açıb.

7. Çeçen hərbçisi, siyasətçisi və dövlət xadimi, İçkeriyanın ilk prezidenti. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı Cövhər Dudayev 15 fevral 1944-cü ildə dünyaya göz açıb.

8. Azərbaycanın Milli Qəhrəmanı Ramazan Çirinqov 15 fevral 1969-cu ildə anadan olub.

9. 1973-cü ilin bu günündə Əməkdar artist “Toppuş bacı” –Tünzalə Əliyeva anadan olub.

10.  Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibov 1089-cu ilin 15 fevralında dünyaya göz açıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO