Dağıntıdan sağ çıxarıldı, İlham Əliyevə salam göndərdi – VİDEO 

Dağıntıdan sağ çıxarıldı, İlham Əliyevə salam göndərdi – VİDEO 

Hazırda oxunan: Dağıntıdan sağ çıxarıldı, İlham Əliyevə salam göndərdi – VİDEO 
119614
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanlı xilasedicilər Türkiyədə dağıntılar altından daha bir şəxsi sağ çıxarıblar. 

Bizim.Media xəbər verir ki, xilasetmə əməliyyatı Kahramanmaraşda olub.

Ayşə adlı qadın dağıntılardan sağ çıxarılandan sonra “Can Azərbaycan, canım qardaşlarım. İlham Əliyevə də salamları göndərirəm”, - deyərək xilasedicilərimizə təşəkkür edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Xatırladaq ki, Türkiyədə zəlzələ qurbanlarının sayı 18 342-yə çatıb. Yaralı sayı isə 74 242-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO