Türkiyə Ceyhan ixrac terminalına neft tədarükünü bərpa etdi

Türkiyə Ceyhan ixrac terminalına neft tədarükünü bərpa etdi

Hazırda oxunan: Türkiyə Ceyhan ixrac terminalına neft tədarükünü bərpa etdi
119208
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə çərşənbə axşamı axşam saatlarında Ceyhan ixrac terminalına neft tədarükünü bərpa edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bloomberg agentliyi məsələ ilə bağlı məlumatlı rəsmiyə istinadən yayıb.

Agentliyin mənbəsi bildirib ki, neftin gəmilərə yüklənməsi gecə yarısından başlayıb. Neft İraqdan gələn gəmilərə yüklənir.

Öz növbəsində BP-nin Bakıdakı nümayəndəsi qeyd edib ki, limanın Bakı-Tbilisi-Ceyhan boru kəmərindən neft tədarük edən hissəsindən ixrac hələ də bərpa olunmayıb.

Türkiyənin dövlət boru kəməri operatoru “Botaş” bölgədə baş verən zəlzələdən sonra səhər tezdən ehtiyat tədbiri olaraq terminala neft tədarükünü dayandırıb.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu, 1939-cu ildən bəri ən güclü zəlzələ olub.
Suriyanın bir sıra bölgələrində də dağıntıların olduğu bildirilir. Yeraltı təkanlar Livanın paytaxtı Beyrutda da hiss olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO