Qərbin enerji üzrə sanksiyalarına görə Rusiya hər gün 160 milyon avro itirir

Qərbin enerji üzrə sanksiyalarına görə Rusiya hər gün 160 milyon avro itirir

Hazırda oxunan: Qərbin enerji üzrə sanksiyalarına görə Rusiya hər gün 160 milyon avro itirir
118088
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Biz başlatdığı bu dəhşətli müharibənin bədəlini Rusiyaya ödədirik".

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Ursula von der Leyen bildirib ki, Aİ-nin və tərəfdaşlarının Rusiyaya tətbiq etdiyi güclü sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurur. Onun sözlərinə görə, enerji sahəsindəki məhdudiyyətlər Rusiyaya gündəlik 160 milyon avroya başa gəlir.
"Bizim bu təzyiqimiz yeni tədbirlərlə daha da artacaq", - o qeyd edib.

Avropa Komissiyasının Prezidenti əlavə edib ki, Aİ və G7 ölkələri Rusiyanın neft və neft məhsullarının qiyməti ilə bağlı yeni hədd müəyyənləşdirməyi planlaşdırır. Prezident Ursula von der Leyen qeyd edib ki, Rusiya bu müharibəyə başlamazdan əvvəl Aİ Rusiyanın bədəl ödəməyə məcbur olacağı barədə çox aydın danışıb və öz xəbərdarlığını edib.

"Bu genişmiqyaslı işğalın başlanmasının ildönümündə bizim onuncu sanksiyalar paketi də hazır olacaq", - Ursula von der Leyen əlavə edib.

O vurğulayıb ki, Rusiya Ukraynada törətdiyi dağıntıların əvəzini ödəmək məcburiyyətində qalacaq və Ukraynanın yenidən qurulması üçün vəsait ayırmalı olacaq.

“Yəni, Rusiyanın vəsaitləri Ukraynanın xeyrinə istifadə olunacaq. Bunu necə edəcəyimizə biz qərar verəcəyik", - Avropa Komissiyasının Prezidenti vurğulayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO