Fələstin səfirliyi: “Azərbaycan səfirliyinin əməkdaşının öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq”

Fələstin səfirliyi: “Azərbaycan səfirliyinin əməkdaşının öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq”

Hazırda oxunan: Fələstin səfirliyi: “Azərbaycan səfirliyinin əməkdaşının öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq”
117001
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fələstinin Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücum və əməkdaşın ölümü ilə əlaqədar başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib.

“Azərbaycan Respublikası səfirliyinin əməkdaşı cənab Orxan Əsgərovun öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq. Həlak olanın ailəsinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarımıza dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzu edirik”, - paylaşımda qeyd edilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Bizim.Media

Fələstin səfirliyi: “Azərbaycan səfirliyinin əməkdaşının öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq” - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO