Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və yaralılar var - VİDEO

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və yaralılar var - VİDEO

Hazırda oxunan: Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və yaralılar var - VİDEO
116914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Bizim.Media xəbər verir ki, hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı qəhrəmancasına həlak olub, iki nəfər isə yaralanıb.

Bildirilir ki, Azərbaycanın İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov hücumun dəf edilməsi zamanı dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Məlumatda qeyd olunur ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 


Bziim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO