Avstriyalı politoloq Aİ-nin Ermənistana missiya göndərməsinin səbəbini açıqladı - EKSKLÜZİV

Avstriyalı politoloq Aİ-nin Ermənistana missiya göndərməsinin səbəbini açıqladı - EKSKLÜZİV

Hazırda oxunan: Avstriyalı politoloq Aİ-nin Ermənistana missiya göndərməsinin səbəbini açıqladı - EKSKLÜZİV
116442
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün qısa və sadə, lakin eyni zamanda mürəkkəb görünən cavab tankların göndərilməsidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı Dunay Regionu və Mərkəzi Avropa İnstitutunun (IDM) idarəedici direktoru Sebastian Şaffer deyib. Şaffer hesab edir ki, Rusiya ilə mübarizədə Ukraynaya edilən dəstəklər kifayətedici deyil.

“Ukraynanın özünü müdafiə etmək və ərazi bütövlüyünü bərpa etmək iqtidarında olmasını təmin edən istənilən əlavə hərbi texnika göndərilməlidir. Bundan sonra yenidənqurmanın maliyyələşdirilməsi, eləcə də ağlabatan müddət ərzində Ukraynanın Aİ-yə inteqrasiyasının dəstəklənməsi ilə bağlı əlavə tədbirlər görülməlidir.
Bura uzunmüddətli tədbirlərə qonşuluq daxilində Rusiya Federasiyasının bir daha təcavüzünün mümkünlüyünü təmin edən təhlükəsizlik arxitekturasının bərpası, regionda dövlətlər arasında münaqişələrin həlli, eləcə də Sovet İttifaqının dağılmasından sonrakı səhvlərin qarşısının alınması daxildir”.

Avropa İttifaqının Ermənistanın istəyi ilə əraziyə göndərcəyi 200 nəfərlik missiya ilə bağlı da fikirlərini bölüşən Şaffer əlavə edib ki, bir çoxlarının düşündüyü kimi yeni missiya qrupu Rusiya üçün növbəti cəbhə hesab edilməməlidir:

“Yaxşı ki, Kreml özünü qurbanlıq rolunda çox rahat hiss edir. Onlara qarşı hərəkət edən demək olar ki, həmişə hamının, xüsusən də Qərbin uğursuzluğudur.
Bəs Qafqazda Rusiya sülhməramlıları necə ola bilər ki, eyni ordu Ukraynaya qarşı əsassız müharibə aparır? Nə BMT Təhlükəsizlik Şurası (Rusiya Federasiyasının veto hüququna görə), nə də ATƏT (24 fevral 2022-ci il tarixindən əvvəl iflic vəziyyətinə düşdüyünə görə) Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün lazımi beynəlxalq dəstəyi təmin edə bilmədiyindən Aİ missiyası iştirak edən tərəflərin maraqları baxımından ən yaxşı variantdır. Missiya qrupu yalnız Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına hesablanıb”, - deyə S.Şaffer əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO