Gürcüstanda Gəncə qapısının saxlanıldığı monastırda YANĞIN

Hazırda oxunan: Gürcüstanda Gəncə qapısının saxlanıldığı monastırda YANĞIN

115075

Gürcüstanda Gelati monastırının rəhbəri, keşiş İoseb Burcanadzenin hücrəsində yanğın olub.

Bizim.Media "mcm.ge"yə istinadən xəbər verir ki, yanıq xəsarətləri alan din xadimi Kutaisidə xəstəxanaya yerləşdirilib.

Keşişin bədəninin 50 faizinin yandığı və reanimasiyaya yerləşdirildiyi bildirilib. Yanğının səbəbi hələ ki, qeyri-müəyyəndir.

Qeyd edək ki, Gəncə qapısı da Gelati monastır kompleksinin həyətindəki ayrıca tikilidə, gürcü çarı Qurucu Davidin (David Aqmaşenebeli) məzarüstü abidəsində saxlanılır. Yanğın zamanı qapıya ziyan dəyməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO