İranda öldürülən etirazçıların sayı 507-ə çatdı

İranda öldürülən etirazçıların sayı 507-ə çatdı

Hazırda oxunan: İranda öldürülən etirazçıların sayı 507-ə çatdı
112036
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İranda artıq 3 aydan çoxdur ki, 22 yaşlı Məhsa Əmininin "Əxlaq" polisi tərəfindən öldürülməsi səbəbilə etiraz aksiyaları keçirilir. 

Bizim.Media-nın məlumatına görə, HRANA - İran Hüquq Müdafiəçiləri Qrupu hökumət məmurları tərəfindən öldürülən etirazçıların sayı açıqlanıb.

Qurum yaydığı məlumatda 17 sentyabr - 27 dekabr tarixləri ərzində İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 507 nəfərin hökumət məmurları tərəfindən qətlə yetirildiyini bildirib.

Bununla yanaşı, məlumatda 18.533 nəfərin saxlanıldığı bildirilir. Onlardan 4.108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunanlardan 665-i öyrəncidir. 

Habelə, bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri etirazları dəstəkləyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO