Quba yollarında qış hazırlığı aparılır - FOTO

Quba yollarında qış hazırlığı aparılır - FOTO

Hazırda oxunan: Quba yollarında qış hazırlığı aparılır - FOTO
107991
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qeyri-sabit hava şəraiti şimal bölgəsində də nəqliyyatın hərəkətində maneə yaratmağa başlayıb. 

Bizim.Media-nın şimal bürosunun məlumatına görə, artıq Qubadakı 5 saylı yol istismar idarəsinin işçiləri Xınalıq yolunda qabaqlayıcı tədbirlərə başlayıb.

Yol sahə ustası Bilal Sultanovun Bizim.Media-ya verdiyi məlumata görə, yolun 31-ci km-dən - daha enişli-yoxuşlu hissələrindən başlayaraq yola qum və duz səpilməsinə başlanılıb. 

Hazırda Xınalıq istiqamətində qarlı və şaxtalı hava şəraiti hökm sürür. Yolun bağlanmaması üçün bütün zəruri tədbirlər görülür. Rayonun bütün istiqamətlərindəki yollarda da analoji tədbirlər aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Quba yollarında qış hazırlığı aparılır - FOTO - foto 1
Quba yollarında qış hazırlığı aparılır - FOTO - foto 2
Quba yollarında qış hazırlığı aparılır - FOTO - foto 3

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO