Təhsil krediti alan tələbələrin SAYI AÇIQLANDI 

Təhsil krediti alan tələbələrin SAYI AÇIQLANDI 

Hazırda oxunan: Təhsil krediti alan tələbələrin SAYI AÇIQLANDI 
102677
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari semestr üzrə bugünədək 10 127 təhsilalana kredit verilib.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, cari semestr üzrə bugünədək 3312 tələbə kredit almaq hüququ əldə edib. Onlardan 1168-i sosial, 1796-sı isə standart növ təhsil kreditidir. Bununla da ümumilikdə 10127 təhsilalana kredit verilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir.

Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.

Təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO