Vahid Əhmədovdan ehtiyac meyarının artırılmasına MÜNASİBƏT – “Ciddi qiymət artımı gedir”

Vahid Əhmədovdan ehtiyac meyarının artırılmasına MÜNASİBƏT – “Ciddi qiymət artımı gedir”

Hazırda oxunan: Vahid Əhmədovdan ehtiyac meyarının artırılmasına MÜNASİBƏT – “Ciddi qiymət artımı gedir”
101471
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, 2023-cü il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsi artıq Milli Məclisə təqdim edilib. Gələn ilin dövlət büdcəsində yaşayış minimumu və ehtiyac meyarının bərabərləşdirilməsi nəzərdə tutulur.

Belə ki, ehtiyac meyarının 23 faiz artırılaraq 246 manata çatırılması gözlənilir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vahid Əhmədov bu addımı yüksək qiymətləndirib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı bərabərləşdirilir


“Ümumiyyətlə, beynəlxalq iqtisadiyyatda ehtiyac meyarı anlayışı yoxdur. Bu anlayışı bir neçə il bundan qabaq iqtisadiyyatımıza gətirdilər.Tələbatı hesablamaq üçün ehtiyac meyarı anlayışından istifadə olunurdu. Bununla bağlı isə mən və həmkarım Əli Məsimli uzun müddətdir qeyd edirdik ki, ehtiyac meyarı anlayışı götürülsün. Çünki ehtiyac meyarı anlayışı ümumiyyətlə qəbuledilməzdir. Çox yaxşı haldır ki, bu məsələ öz müsbət həllini tapacaq və bu bərabərləşmə ilə faktiki olaraq, ehtiyac meyarı anlayışı aradan qalxacaq”.

Vahid Əhmədov, ehtiyac meyarının 23 faizlik artımın real ərzaq infliyasiyasının səviyyəsinə uyğun olmamasıyla bağlı fikirlərə də münasibət bildirib:

“Hal-hazırda ciddi inflyasiya və qiymət artımı gedir. Bu tək bizdə yox, bütün dünyada gedən prosesdir. Dövlət isə bunun qarşısını almaq üçün müəyyən tədbirlər görür. Artırılan məbləğ qida məhsullarındakı artım tempinin tam öhdəsindən gəlməsə də, istənilən halda bu istiqamətdə yardımı olacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO