Laçında fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisinə 347 milyondan çox vəsait istifadə olunub

Laçında fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisinə 347 milyondan çox vəsait istifadə olunub

Hazırda oxunan: Laçında fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisinə 347 milyondan çox vəsait istifadə olunub
640731
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisinə 347 milyon manatdan çox vəsait istifadə olunub.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, Laçın rayonunun işğaldan azad olunmuş ərazisində fərdi yaşayış evlərinin, modul tipli məktəblərin tikintisi və bu kimi digər zəruri xərclərin tənzimlənməsi üçün 347,6 milyon manat və ya faktiki icra olunmuş dövlət büdcəsi xərclərinin 1,1 faizi məbləğində maliyyə təminatı yaradılmaqla istifadə olunub.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4311,0 milyon manat vəsait ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO