Ərdoğan türkiyəli idmançını telefonla təbrik etdi: "Gözlərinizdən öpürəm" - VİDEO

Ərdoğan türkiyəli idmançını telefonla təbrik etdi: "Gözlərinizdən öpürəm" - VİDEO

Hazırda oxunan: Ərdoğan türkiyəli idmançını telefonla təbrik etdi: "Gözlərinizdən öpürəm" - VİDEO
608547
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident Rəcəb Tayyib Ərdoğan güləşçi Rıza Kayaalpı 2026-cı ildə Albaniyada keçirilən Avropa Güləş Çempionatında 13-cü Avropa çempionluğu titulunu qazanması münasibətilə təbrik etmək üçün ona zəng edib. 

Bizim.Media bu barədə Türkiyə KİV-nə istinadla xəbər verir. 

Kayaalp 130 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə finalda macar Viteki 7-1 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

13-cü Avropa çempionluq tituluna çatan Rıza Kayaalp rusiyalı Aleksandr Karelini üstələyərək adını güləş tarixinə həkk edib.
 

Prezident Ərdoğan Tiranada keçirilən yarışda tarix yazan və rekorda imza atan Rızaya zəng edib.


Türkiyə Güləş Federasiyasının prezidenti Taha Akgül telefonu Rıza Kayaalpa verərkən prezident Ərdoğan "Çempionluğunuz bizi sevindirdi. Allah sizə yar olsun, kömək olsun. Bu, rekorddur, sizi təbrik edirəm. Ailənizə salamlar. Çox sağ olun. Gözlərinizdən öpürəm" deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO