Tovuzda qadının evini kimlər yandırıb? – FOTO/VİDEO

Tovuzda qadının evini kimlər yandırıb? – FOTO/VİDEO

Hazırda oxunan: Tovuzda qadının evini kimlər yandırıb? – FOTO/VİDEO

41641

Tovuzda yaşayış evində yanğın baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun S.Qılıcov küçəsində, Siranuş Ağayevaya məxsus evdə baş verib.

Yanğın evin otaqlarının birində başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin canlı qüvvə və texnikası cəlb olunub. Alovun evin digər hissələrinə və yardımçı tikililərə keçməsinin qarşısı alınıb. 

Ev sahibinin qızı Dilarə Əliyeva bildirib ki, yanğın naməlum şəxs və ya şəxslər tərəfindən törədilib.  

Faktla bağlı araşdırmalara başlanılıb.

Cümşüd Məmmədov, Bizim.Media - Qərb bölgəsi
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO