Festivalda dünyanın ilk lazer silahlı dronu diqqət çəkdi - VİDEO

Festivalda dünyanın ilk lazer silahlı dronu diqqət çəkdi - VİDEO

Hazırda oxunan: Festivalda dünyanın ilk lazer silahlı dronu diqqət çəkdi - VİDEO
40996
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

TÜBİTAK və ASİSGUARD işbirliyi ilə yaradılan və Daxili işlər naziri Süleyman Soylu tərəfindən "Eren" adlandırılan lazer silahlı pilotsuz uçuş aparatı lazerin köməyi ilə hədəfi məhv edir. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “haberturk.com” saytı yayıb.

EGM Cinayət Şöbəsindən Komissar müavini Aykut Eroğlu deyib ki, Eren, əvvəlcə 500 metrdən 90 saniyə, 300 metrdən 30 saniyə və son olaraq 100 metrdən 10 saniyə boyunca 3 millimetrlik karbonlu polad lövhəni lazer atışı ilə deşə bilir:
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə PUA-ları vura bilən kamikadze dron yaratdı – DÜNYADA BİR İLK - FOTO


“Lazer silahını pilotsuz fırlanan qanadlı təyyarələrə birləşdirərək dünyada bir ilkə imza atdıq. Dünyada bu lazer pilotsuz təyyarənin hələ heç bir nümunəsi yoxdur”.

"Eren" lazer silahlı pilotsuz təyyarə Konya Elm Mərkəzində keçirilən 8-ci Konya Elm Festivalında böyük diqqət çəkib.

Pilotsuz uçan aparat haqqında məlumat verən Aykut Eroğlu Anadolu Agentliyinə (AA) bildirib ki, Eren hərbi sursatları və ya bombaları məhv etmək üçün yaradılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO