Putinlə Ərdoğan arasında “antitel” dialoqu – “Səndə zəifdir” - VİDEO 

Putinlə Ərdoğan arasında “antitel” dialoqu – “Səndə zəifdir” - VİDEO 

Hazırda oxunan: Putinlə Ərdoğan arasında “antitel” dialoqu – “Səndə zəifdir” - VİDEO 

39499

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşdüyü barədə məlumat vermişdik.

Bizim.Media xəbər verir ki, prezidentlərin görüşündən yeni video yayılıb.  

Bir çox məsələləri müzakirə edən dövlət başçıları daha sonra kameralar qarşısında COVID-19-la bağlı fikir mübadiləsi ediblər. 

Qısa müddət əvvəl ətrafında bir neçə nəfər koronavirusa yoluxduğu üçün təcrid olunan və Ərdoğanla görüşdən əvvəl karantini bitən Putin antitel sayının 15-16 olduğunu bildirib. Ərdoğan qarşılığında “məndə antitel mindən çoxdur” deyib.  

Rusiya prezidenti cavab olaraq bildirib ki, antiteli ölçməyin fərqli sistemləri və üsulları var. Putin doktorların onun antitel səviyyəsini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb:

“Mənim antitelim yüksəkdir. Virusa yoluxan adamla bütün gün təmasda olmağıma rəğmən yoluxmadım”. 

Sonda Putin Ərdoğana üçüncü doz vaksin kimi “Sputnik-V”ni tövsiyə edib. Ərdoğan isə üçüncü doz olaraq “Pfizer” vurdurduğunu deyib. 

Sözügedən dialoqu təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO