Moskvadakı sərgidə 1-ci yeri tutan fotonun TARİXİ – İndi nə öküzlər var, nə də kirşələr... - FOTO/VİDEO

Moskvadakı sərgidə 1-ci yeri tutan fotonun TARİXİ – İndi nə öküzlər var, nə də kirşələr... - FOTO/VİDEO

Hazırda oxunan: Moskvadakı sərgidə 1-ci yeri tutan fotonun TARİXİ – İndi nə öküzlər var, nə də kirşələr... - FOTO/VİDEO

225469

Söz vaxtına çəkər...

Barəsində bəhs edəcəyimiz foto da elə 9 il əvvəl adi bir qış günündə Qusarın ucqar Sudur kəndinin inzibati ərazisindəki Yergi Kek yaylağında çəkilib. Çox təbii və reallığı yerindəcə tutan fotoda bir sakin öküzlər qoşulan kirşə ilə heyvanlarına quru ot gətirir.Yanında məktəbli qızı və ailənin qoriyucu köpəyi də əks olunub. 

Fotonu Bizim.Media-ya Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov təqdim edib.

Onun sözlərinə görə fotonu Elşad Şahverdiyevin Sudur  kəndinə təşkil etdiyi turda Vüqar Sevdimalıyev adlı fotoqraf çəkib.

Sudur kəndindən olan şair Bilal Adilov bu barədə 24 fevral 2020-ci ildə paylaşım edib. Onun məlumatında bildirilib ki, qış günündə zəhmətkeş bir sakinin təbii görüntüsünü əks etdirən foto Moskvada "Xalqlar dostluğu"sərgisində birinci yer tutub. Fotonun müəllifi diploma və pul mükafatına layiq görülüb.

Nadirşah Şirinov deyir ki, Qusarın Sudur İnzibati Ərazi Dairəsinin Yergi kek kəndi rayon mərkəzindən 62 km aralıda yerləşir. Qışı sərt keçən Yergi kek kəndinə qonşu kəndlərin yaz-yay ayları isə çox gözəl mənzəli olur. Kəndin yay mənzərəsini isə Qusar şəhərindəki H.Əliyev mərkəzinin əməkdaşı Lalə Kərimova bu yay çəkib.
 

Diqqət çəkən foto ilə araşdırma apararkən Qusar İH başçısının Sudur İƏD üzrə nümayəndəsi İkram Əsədovdan öyrəndik ki, yaylaqdan həyətinə mal-qarası üçün quru ot gətirən Yergi kek kənd sakini Bəhruz Novruzbəyovdur.


Həmin vaxt nəinki Bəhruz kişi, bütün sakinlər quru oti yaylaq sahələrində saxlayırdılar, qışda lazım olduqça öküzlər qoşulmuş kirşə ilə otu həyətə gətirib tövləyə yığırdılar.

Bunun üçün camaat xüsusi olaraq öküz saxlayırdı, 9 il əvvəl dairə üzrə 33 cüt öküz heyvanı saxlanılırdı, lazım olanda əkinə, biçinə və daşımağa bu heyvanları kirşəyə qoşmaqla istifadə edirdilər. Onun sözlərinə görə indi nə o öküzlər qalıb, nə də kirşələr... Kirşələr qalıbsa da uşaqlar qışda sürüşmə vasitəsi kimi istifadə edirlər.

Öküzləri indi dağ yolları üçün əlverişli olan yük avtomaşınları əvəz eləyib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO