Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik edən şəxs HƏBS EDİLDİ - FOTO

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik edən şəxs HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik edən şəxs HƏBS EDİLDİ - FOTO
186436
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən şəxs məsuliyyətə cəlb edilib. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, internetdə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşıb.

Bu səbəbdən onun haqda İnzibati Xətalar Məcəlləsinin 388-1.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə protokol tərtib edilib, hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. 

Adıçəkilən gənc əsasən TikTokda açdığı canlı yayımlarda qız səsi ilə danışaraq müxtəlif şəxslərə zəng edib. Onun bu əməli isə istifadəçilərin hissləri ilə oynamaq kimi qiymətləndirilib.

Məhkəmənin qərarı ilə M.Mirələmzadə 1 aylıq inzibati qaydada həbs edilib.

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik edən şəxs HƏBS EDİLDİ - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO