“Ermənistan varlığını qorumaq istəyirsə, başda Azərbaycan olmaqla, bölgə ölkələrilə əlaqələrini normallaşdırmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici deyib.
MÖVZU İLƏ BAĞLI:
XİN başçısı: “Ermənistanın sülh gündəliyini təhlükəyə atan davranışları bölgədəki sabitliyə təhdiddir” - FOTO
O qeyd edib ki, Ermənistan Azərbaycan ərazisi olan Qarabağdan tamamilə çıxmalıdır:
“Ermənistan mövcudluğunu davam etdirmək üçün imperialistlərin dəstəyini deyil, sülh və əmin-amanlığı dəstəkləməli, Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çəkilməli və beynəlxalq sazişə əsasən, Qarabağın Azərbaycanın ərazisi olduğuna dair imzaladığı sənədə sadiq qalmalıdır”.
Bizim.Media