Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək

Hazırda oxunan: Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək

77095

Bu gün Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti  və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçiriləcək tədbir saat 15:00-dan 18:00-dək davam edəcək. Əraziyə giriş sərbəst olacaq.

Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edəcək.

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına bir daha cəmiyyətin diqqətini yönəltmək məqsədi daşıyır.   

Heydər Əliyev Mərkəzinin parkındakı festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunacaq.

Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə biləcək. 

Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünəcək. Belə ki, idmansevərlər üçün mini turnirlər, yarışlar, interaktiv oyunlar təşkil ediləcək, şahmat yarışlarında iştirak etmək, Olimpiya çempionları ilə görüş fürsəti yaradılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO