Əməkdar incəsənət xadimi vəfat etdi

Hazırda oxunan: Əməkdar incəsənət xadimi vəfat etdi

74064

Yazıçı, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Musa Bağırov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqi məlumat yayıb.

Musa Ağabəy oğlu Bağırov 10 may 1932-ci ildə Bakıda anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” kafedrasının müdiri təyin edilib.
1997-ci ildə həmin kafedra əsasında “Televiziya rejissoru” və “Kinorejissorluq və operator sənəti” kafedraları yaranıb. “Televiziya rejissoru” kafedrasına professor Musa Bağırov rəhbərlik edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO