Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO

Hazırda oxunan: Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO
584516
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı çərçivəsində dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşüb.

Bizim.Media xəbər verir ki, ICESCO-nun Baş direktoru yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, süni intellekt indeksinin təqdimatı ilə bağlı beynəlxalq tədbirin Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

Qonaq beynəlxalq konfransda aparılan fikir mübadiləsi, keçirilən görüşlərin süni intellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə olacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizə davamlı dəstəyinə və mədəniyyətimizin təşviqinə istiqamətlənən tədbirlərə görə ICESCO-ya minnətdarlığını çatdırıb.
 

Ölkəmizlə ICESCO arasında mövcud olan uğurlu əməkdaşlığın, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ICESCO ilə səmərəli və sıx əlaqələrinin bu işbirliyinin daha da genişləndirilməsinə xidmət etdiyi vurğulanıb, iki qurum arasında elm, təhsil, mədəniyyət sahələrində gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.


Görüşün sonunda Heydər Əliyev Fondu ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində həyata keçirilən layihə ilə bağlı saziş imzalanıb.

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO - foto 1
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO - foto 2
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO - foto 3
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO - foto 4
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO - foto 5
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO - foto 6
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO - foto 7
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO - foto 8
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş İMZALANDI - FOTO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO