1 ağacda 23 növ meyvə yetişir- Masallıda (VİDEO)

1 ağacda 23 növ meyvə yetişir- Masallıda (VİDEO)

Hazırda oxunan: 1 ağacda 23 növ meyvə yetişir- Masallıda (VİDEO)

85441
O, bu ağaca "Cənnət ağacı" adını verib. xa0

Masallı sakini Əkrəm Cabbarov tut ağacında müxtəlif növ meyvə, qızılgül və xiyar yetişdirib. Hər ağacdan bol məhsul əldə etdiyini deyən Əkrəm bəy növbəti illər üçün ağacların sayını artıracağını bildirir. O, ağaca "Cənnət ağacı" adını verib. xa0


Masallının Xanəliyan kənd sakini Əkrəm Cabbarovun tut ağacında yetişdirdiyi meyvə-tərəvəz və qızılgüllər görənləri heyrətə gətirir. Onun bağındakı 150-dən çox yaşı olan tut ağacında hazırda nar, üzüm, əncir, heyva, alça, armud, limon, yapon əzgili, fındıq, şaftalı, xiyar, balqabaq kimi 23 növdə meyvə-tərəvəz görmək mümkündür.xa0


Bağban meyvə ilə yanaşı, ağacda 4 növ qızılgül də becərir. O, bu işlə düz 13 ildir ki, məşğuldur. Ağacların hamısı bar verir. Həvəskar bağban hazırda təsərrüfatında yeni uğura imza atmaq niyyətindədir. Növbəti il üçün o, meyvə ağaclarını, gül növlərini və tərəvəzi artırmağı da planlaşdırır. (Region TV - "Buralar" verilişi)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO