Düyü suyu, qidalandırıcı maddələrlə dolu və xa0son dərəcə sağlam bir içkidir.
Enerji verən və qəbizliyə yaxşı təsir edən bu qədim Asiya resepti, əsrlərdir istifadə edilir.xa0
xa0
Moderator.az bildirir ki, düyü suyunu, bişirmədən əvvəl suda saxlanılmış düyünün suyundan, ya da düyü qaynadarkən nişasatasını buraxdığı sudan əldə edə bilərsiniz.
xa0
Qaynama prosesi zamanı düyünün buraxdığı nişastada, faydalı turşular və minerallar var. Bu içkini qəbul etməyin ən yaxşı yolu, hazırlandığı xa0anda dərhal qəbul etməkdir. Əgər daha çox miqdarda hazırlayıb saxlamaq istəyirsinizsə, soyuducuda 2-3 günə qədər saxlayın

Düyü, bir çox müxtəlif vitamin və mineral baxımından, xüsusilə də B vitamini baxımından olduqca zəngindir. B vitamini, dəri hüceyrələrinin sağlam olması üçün şərtdir.
xa0

Düyü suyu, həmçinin ecazkar bir karbohidrat mənbəyidir. Digər tərəfdən düyünün tərkibindəki antioksidantlar, xərçəngin qarşısını almağa və dərini günəşin zərərli təsirlərindən qorumağa yardımçı olur.

Kamran

































































































