Bu avtobuslar tıxac probleminə son qoyacaq - Fotolar

Bu avtobuslar tıxac probleminə son qoyacaq - Fotolar

Hazırda oxunan: Bu avtobuslar tıxac probleminə son qoyacaq - Fotolar

146797

Moderator.az xəbər verir ki, Pekində qeyri adi “Tranzit Rayli”x9d avtobusu sınaqdan keçirilib.


Hibey əyalətinin Çinghuangdao şəhərində sınaqdan keçirilən bu avtobus maşınların hərəkətinə əngəl törətmədən toplu daşıma xidməti təqdim edəcək. xa0Sınaqdan keçirilən avtobusun uzunluğu 22 metr, hündürlüyə 4,8 metr, içinin genişliyi isə 7,8 metrdir.

Hər iki tərəfindəki ayaqlarıyla relslərə oturdulan avtobusun altı isə boşdur. Bu özəlliyinə görə də maşın yolundan istifadə etmədən sərnişin daşıma prosesini həyata keçirəcək avtobusun altından digər maşınlar rahatlıqla keçə biləcək.

Xüsusi dizaynı ilə şəhər nəqliyyatındakı vasitələrdən seçilən TEB-1 avtobusu relslər üzərində hərəkət edir. Bir zamanlar Bakı küçələrindəki tramvayları xatırladan bu nəqliyyat vasitələrixa0300 sərnişin daşıma gücünə malikdir və saatda 60 kilometr sürətlə hərəkət edəcək.

Avtobusun yaradan şirkət məqsədlərinin əhalisi sürətlə artan böyük şəhərlərdəki tıxac probleminin azaldılması olduğunu bildirib.


Zəhraxa0

Transit

Transit

Transit

Transit

Transit

Transit

Transit

Transit

Transit


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO