Bu anda İstanbulda Mustafa Koç-la veda merasimi...xa0
Ruhu şad olsun!
Kimdir Mustafa Koç?
Türkiyədə bu sual sadəlövh görünər. Azərbaycan üçün yazıram.
İş adamı. Koç Holdinqin Yönətim Kurumu Başkanı...
56 yaşında kalb krizindən kendisine məxsus Amerika Hastanesində dünyasını dəyişdi. Yüzlərlə insana şəfa verən Hastane kendi sahibine yardımçı ola bilmedi. Belədi dünyanın işləri...
Amma məqsədim sadəcə bunları anlatmaq, məlumat vermək deyil.
TV-də 3-4 gündür davam edən verilişlər, söhbətlər... Nəhayət bu gün artıq neçə saatdır ki, Vida mərasimi... Canlı reportaj...xa0
Kimdir Mustafa Koç?
Təsəvvür edin ki, bizdə ölkənin tanınmışları bir zəngin, bir iş adamı haqqında danışırlar; saatlarla... - nədən danışarlar?xa0
Amma Mustafa Koç-un biznesindən, var-dövlətindən çox az danışılır. Onu məşhurlaşdıran, sevdirən ilk növbədə maarifçilik, xeyriyyəçilik fəaliyyətidir.
Ümumiyyətlə Türkiyədə zənginlərin toplum üçün, millət üçün, elm-sənət üçün çalışmaları normadır. Adama sadəcə zəngin olduğuna heç kim hörmət etməz. Önəmli olan millət üçün çalışmalardır.
Bizdə bu fəaliyyət ancaq xatirələrdə yaşayır: Hacı Zeynəlabdin Tağıyev!
Bir də görünür mühitin müsbət təsiri, gör-götürü sayəsində yurd dışında çalışan iş adamlarımız... Eşitdiyimə gərə, Mübariz Mənsimov, Fərhad Əhmədov və s. Amma bunun üçün də bir mexanizm olmalıdı. Türkiyədə bu tür fəaliyyət üçün bir vakif - vəqf ənənəsi var... Bu vakifların çoxu önəmli maarif mərkəzləridi.
15 illik rektorluq müddətində yüksək nəticələrlə gələn, istedadlı, amma imkansız tələbələrin təhsilhaqqı xüsusunda yardımçı olsunlar deyə çox zənginlərə müraciət etmişəm. Heç olmasa nümunə üçün bir müsbət cavab olmayıb. Ən maraqlısı da bu idi ki, bəzi vəzifəli zənginlər öz övladının da təhsilhaqqını ödəmək istəmirdilər. Sadəcə adət eləmişdilər ki, onlara hər şey havayı olsun. Məmnunam ki, belələrinə heç vaxt güzəşt eləmədim. Yoxsa kasıbları nə ilə oxudardım?
Bəli, bu dünya gör-götür dünyasıdı. Amma həm də təhlil üçün bir ipucudu
Səlahəddin Xəlilov, fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü


































































































