“Azərbaycanın dərdi bizim dərdimizdir”  - Hadisenin milyonçu əri - FOTO

“Azərbaycanın dərdi bizim dərdimizdir”  - Hadisenin milyonçu əri - FOTO

Hazırda oxunan: “Azərbaycanın dərdi bizim dərdimizdir”  - Hadisenin milyonçu əri - FOTO

93776

Türkiyənin məşhur milyonçu iş adamı Mehmet Dinçerler Ermənistanın Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarla bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında Azərbaycan xalqına və şəhidlərinə dərin hüzünlə başsağlığı verib. 

“Şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm. Azərbaycanın dərdi bizim dərdimizdir. Qardaşlarımıza başsağlığı veririk”. 
Xatırladaq ki, M.Dinçerler Türkiyənin pop ulduzu Hadisenin həyat yoldaşıdır. 

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.

Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO