Anası Fərdanın uşaqlıq ləqəbindən DANIŞDI: “Ona deyirdim ki, ayıbdır, belə demə, bizə gülərlər” - VİDEO

Anası Fərdanın uşaqlıq ləqəbindən DANIŞDI: “Ona deyirdim ki, ayıbdır, belə demə, bizə gülərlər” - VİDEO

Hazırda oxunan: Anası Fərdanın uşaqlıq ləqəbindən DANIŞDI: “Ona deyirdim ki, ayıbdır, belə demə, bizə gülərlər” - VİDEO
188912
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aktyor və “stand-up”çı Fərda Aminin (Xudaverdiyev) anası  Zeynəb xanım “İncə səhər” verilişinin canlı efirinə zəng edib. 

Bizim.Media xəbər verir ki, sənətçinin valideyni övladının uşaqikən qoyduğu ləqəbindən danışıb. 

“Fərdanı o qədər istəmişəm ki, sevgim azalar deyə sonraki uşağa icazə verməmişəm. Qızımı da sevmişəm. Fərdanın özündən böyük bacısı var. Amma oğluma sevgim bambaşqadır. Fərda uşaq ikən deyirdi ki, “Xudaverdiyev Könül Akif qızı (bacısını nəzərdə tutur – red.), Xudaverdiyev Fərda Zeynəb oğlu”. Bunu eşidəndə isə mən söyləyirdim ki, “Ayıbdır belə demə, bizə gülərlər. Adam atasının adını deyər”. Cavab verirdi ki, “Ana bəs sənin uşağın olmasın (gülür). O nəsə edəndə Fərdaya deyirdim ki, “Utanmırsan?”… Onda heç zaman “utanmaq” söhbəti olmayıb. Oğlum Fərdadan yerdən-göyə qədər razıyam. Hamıya öz övladlarım kimi uşaq arzulayıram”, - deyə Fərdanın anası bildirib. 

Proqramın efirində qonaq olan Fərda bildirib ki, bir müddət əvvəl anası böyrəklərindən əməliyyat olunub: 

“Anam beş ayın içində iki dəfə ard-arda əməliyyat olundu və bir böyrəyi xaric edilib. Özümüz də bunu gözləmirdik. Zamanında anama tibbi müdaxilə olundu. Hazırda ev şəraitində müalicələri davam edir. Dərmanlar qəbul edir. Şükür olsun bu günə”. 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO