Şəbnəm Tapdıq: “Sevdiyim şəxs dünyasını dəyişib” – VİDEO 

Şəbnəm Tapdıq: “Sevdiyim şəxs dünyasını dəyişib” – VİDEO 

Hazırda oxunan: Şəbnəm Tapdıq: “Sevdiyim şəxs dünyasını dəyişib” – VİDEO 
188891
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də... Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi.

Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi... Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki, mən niyə mahnı oxumağa çıxmışam. O da bax, belə getdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Şəbnəm Tapdıq qonaq olduğu “Xeyirli axşamlar” verilişində deyib. 

Sənətçi xasiyyətindən söz açıb: 

“Kişilər qısqanc olurlar. Bu qısqanclığın əsas məsələsi “Niyə mənə başqa insanlar baxmalıdır?” düşüncəsidir. Mənə milyon göz baxsa da, xasiyyətim elədir ki, heç kim mənə söz deyə bilməz. Çox ciddi xanımam. Kövrəkliyim isə daxili mədəniyyətimdən irəli gəlir. Çox mədəni insanam. Görsəm ki, kimsə məni söyür, ona əhəmiyyət vermərəm. Allahı və özü bilsin”. 

Aparıcının “Yuxunuza valideynləriniz girir?” sualı Şəbnəmi göz yaşına boğub. Tapdığın fikirləri isə belə olub: 

“Siz mənim yaralı yerlərimi qaşıyırsınız. Bu gecə mən ağlamışam. Yuxuda ağlayırdım. Anamı çağırırdım. Ümumiyyətlə, ataya və anaya çox bağlı bir insanam. Bu isə məndən aslı deyil. Kişi mənim üçün düşmən çəpərdir. Kişi qardaş, atadır... Mənə söyləyirlər ki, belə olmaz, sən də bir qadınsan, sevməlisən. Mən ağır xasiyyətliyəm, heç kim mənə heç nə deyə bilməz”. 
 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO