Niyam Salami: "Sevmədən anam məni məcbur evləndirmişdi" - VİDEO

Hazırda oxunan: Niyam Salami: "Sevmədən anam məni məcbur evləndirmişdi" - VİDEO

182958

"Bir dəfə nişanlı və bir dəfə də evli olmuşam. Xanıma zülm verməmişəm. Amma mənim özümlə "dolanmaq" çox çətindir"

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Niyam Salami qonaq olduğu "Evdəkilərə salam" verilişində deyib.

Sənətçi bildirib ki, özünün deyil, anasının istəyi ilə məcburi şəkildə illər əvvəl bir xanımla ailə qurub:

"Mən bir neçə il ailəli qaldım. Dünyaya gətiriləsi uşağımız da ola bilərdi... Ata ola bilərdim, amma qismət olmadı. Çünki problemlər yarandı. Evli olduğum xanımın bir dəfə mobil telefonda şəklini gördüm. Amma boşanandan sonra onu canlı görməmişəm. 

Çox istərdim onu canlı görmək. O, ailə qurmayıb, mənim kimi subaydır. O xanımı anamgil mənə aldılar. Mən onu sevməmişdim. Mənə anam iki dəqiqənin içində söylədi ki, “qardaşın Rusiyadan gəlir dur, toy elə”. Qəribə şeydir... Qardaşın Rusiyadan gəlir və sən evlənməlisən".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO