Manaf efirdə toy qiymətini AÇIQLADI - VİDEO

Hazırda oxunan: Manaf efirdə toy qiymətini AÇIQLADI - VİDEO

178647

Müğənni Manaf Ağayev efirdə ilk dəfə toy qiymətini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb.

Manaf toya 10 min manata getdiyini söyləyib:

"Toya 50-100 minə getmirəm. 10 min manata toya gedirəm. 15 nəfərə pul verirəm. Bizim camaatda pulla bağlı şişirtmə var. Oliqarx musiqiçi yoxdur. Həmin musiqiçi də özünə görə yaşayır. Biz də onlardan biri... 

Evim, bağım və maşınım var, yaşayıram. Mən avtomobilləri çox sevirəm. Onların içində olan bir neçəsi retro avtomobillərdir. Onlar isə bahalı deyillər. İndiki mindiyim maşını satsam, həmin retro avtomobildən 20-sini alaram".
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO