Oqtay Əliyevin ölüm xəbərini canlı efirdə eşidən Vüsalənin nitqi qurudu - VİDEO

Hazırda oxunan: Oqtay Əliyevin ölüm xəbərini canlı efirdə eşidən Vüsalənin nitqi qurudu - VİDEO

126811

Vüsalə Əlizadə aparıcısı olduğu "7 canlı" axşam şousunda həyacan dolu anlar yaşayıb.

Bizim.Media xəbər verir ki, canlı yayım zamanı Vüsaləyə efir redaktoru Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dünyasını dəyişdiyi xəbərini verib.
 

MÖVZU İLƏ BAĞLI:

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi


Bu anda aparıcının nitqi quruyub və vəziyyəti dəyişib. Vüsalə özünü toparlayaraq Oqtay Əliyevin dünyası dəyişdiyini bildirib:

"Bayram ərəfəsində aldığımız bir xəbər. Mən buna inana bilmirəm. Vay-vay... Biz verilişdə daha əvvəl danışdıq ki, pis və ya yaxşı xəbərlər alırıq. İlin əvvəlini o qədər ağır başladıq ki, kaş bundan sonra yaxşı olsun. Ölüm qaşla göz arasındadır. Oqtay müəllim mənim üçün çox dəyərli və əziz bir insan idi. Çox böyük təəssüf hissi ilə deyəcəyəm ki, Allah sizə rəhmət eləsin Oqtay müəllim".

Qeyd edək ki, bu gün Saray qəsəbəsi ərasizində saat 18:00 radələrində ağır yol-nəqliyyat hadisəsi zamanı "SOY" productionun rəhbəri, prodüser Oqtay Əliyev ürəktutmasından sükan arxasında vəfat edib.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO