“Abbasəli bu günə qədər bayrağın nə olduğunu bilməyib, bilməyəcək də. Abbasəli bayrağımızın tər asıldığını yaxşı bilir, lakin özünü görməməzliyə vurub. Abbasəli kimilər o bayrağın hesabına vəzifədə oturublar, pul qazanırlar. Onlar pulu bayraqdan üstün sayırlar, çünki nə Azadlıq Meydanında bayraq qaldırıb əziyyət çəkiblər, nə də 30 ildir mənim kimi 47 kq ağırlığında bayraq daşıyıblar”x9d.
Bunu Moderator.az-a bayraqdar Elman Türkoğlu deyib.
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun Tacikistan Hökuməti Yanında Gömrük Xidmətinin rəisi Abdufattoh Qoib ilə görüşü zamanı bayrağımızın səhv asılması və səfrimizin buna biganə qalmasına münasibət bildirən Elman Türkoğlu bu məslədə bir çox məmurlarımızı qınayıb: “Bu hal birinci dəfədir baş vermir. Yüzlərlə belə hadisə baş verib, bəzi məmurlarımızın gözü qarşısında belə hallara yol verilib, ancaq onlar buna etiraz etməyiblər. Həmin məmurlar vaxtilə bayrağımıza qarşı çıxıblar, indi isə oturub rahatca pul qazanırlar. Bayrağımıza qarşı təhqirə yol verənlər manqurtlaşdırılmış insanlardır, çünki manqurtlar bayrağın nə olduğunu bilməzlər. Abbasəlidən bayrağımızın üstündəki rənglərin mənasını soruşsaz vallah-billah bilməyəcək. Zalım oğlunun gözünün qarşısında bayrağı kəlləmayallaq asıblarsa, sabah bayrağı ayaq altına da atsalar səsin çıxarmaz. Rusiyadan hansısa nümayəndə gələndə görün bizimkilər rus bayrağının üstündə necə əsirlər. Yerə bayraq düşsə rus bayrağını götürüb gözlərinə qoyarlar, amma öz bayrağımızı götürməzlər”x9d.xa0
Bayraqdar bununla bağlı ölkə başçısına da müraciət edib: “Tehranda səfirimiz görüşəndə bayrağımız tərsinə asılmışdı, ancaq buna məndən başqa etiraz edən olmadı. Daha sonra xarici işlər nazirimiz Elmar Məmmədyarovun Nalbandyanla görüşündə xa0də bayrağımız tərsinə asılmışdı. Həmin görüşdən sonra o, nazir postundan istefa verməliydi, ya da mütləq prezident tərəfindən cəzalandırılmalıydı. Məmurlarımızdan biri qeyd edib ki, əşşi nə olsun bayraq tərsinə qoyulub, ya da düz. Necə yəni nə olsun, o bayrağı babam Məmmədəmin yoxdan var edib, o bayrağın üstündə qan tökmüşük, can vermişik, neçə-neçə insanlar şəhid olub. Başıboş, ağılsız, bayrağı sevməyə kamilliyi çatmayan məmurlarımız bilsin ki, bayrağı olmayanın milləti, dövləti olmaz. Bayrağın təhqir olunmasına imkan vermək olmaz, bayraq bizim torpağımız, qeyrətimiz, namusumuz, vətənimizdir. Prezident həmin məmurları mütləq cəzalandırmalıdır. Bayrağa kəm baxanlar, o bayrağın ağacı gözünüzə girsin! Əgər bir də hansısa nazir, hansısa səfir Azərbaycan bayrağının tərsinə asılmasına göz yumsa Prezident Aparatının qarşısında yüz metrlik bayrağımı qaldıraraq etiraz edəcəyəm. Mən sizin vasitənizlə ölkə rəhbəri İlham Əliyevə müraciət edirəm ki, səfir göndərilən insanlar ilk əvvəl bayraq imtahanı versinlər. Bayraq imtahanının doqquz testi var, ancaq həmin testlərdən keçməyi bacaranlar səfir göndərilsinlər”x9d.
xa0
E.Türkoğlu bayrağın təhqirinə yol verənlərlə bağlı cəza və cərimə tətbiq edilməsinin vacibliyini də vurğulayıb: “Vaxtilə Türkmənistanın vətəndaşı olmuşam, orada belə bir qərar var ki, bayrağı təhqir edənlərə 9 il cəza verilir. Bayrağın tərsinə asılması da təhqirdir. Küçəyə üzərində bayraq rəsmi olan kağız atan və ya həmin kağızı yerdə görüb götürməyənlər cərimə olunur. Bu, Özbəkistanda da var. Türkmənistanda bayraq satışı qadağandır, çünki bayraq qiymətsizdir, satılmaz. Bizdə isə payrağın da monopoliyasını ələ keçiriblər, keyfiyyətsiz, şərtlərə uyğun gəlməyən bayraqlar satırlar. İndi də qiymətini beş manatdan 15 manata qaldırıblar. Mən istərdim ki, ölkəmizdə də belə cəzalar, cərimələr tətbiq olunsun ”x9d.
Rumiyyəxa0






































































































