Müalicəsi üçün Könül Xasıyevaya 100 min manat göndərildi - FOTO

Müalicəsi üçün Könül Xasıyevaya 100 min manat göndərildi - FOTO

Hazırda oxunan: Müalicəsi üçün Könül Xasıyevaya 100 min manat göndərildi - FOTO

101424

Xəbər verdiyimiz kimi, Xalq artisti Könül Xasıyevanın boğazında bədxasisəli şiş aşkarlanıb. Sənətkar müalicəsi üçün 254 min manata ehtiyacı olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, xanəndə yardım üçün xalqa sosial şəbəkə hesabı ilə müraciət ünvanlayıb və sənət adamlarının adlarını işarələyərək, ona maddi kömək etmələrini xahiş edib.

Xasıyevaya yardım əli uzadan məşhurlardan biri isə Əməkdar artist Yusif Mustafayev olub.

Xalq artisti bildirib ki, həmkarı ona müalicəsi üçün min dollar (təxminən 1700 manat) göndərib. Muğam ifaçısı həmçinin adını açıqlamadığı bir xanımın onun müalicəsi üçün böyük məbləğdə pul bağışladığını açıqlayıb.

"Sənətimi sevən hacı xanım 100 min manat pul göndərib. Sonsuz təşəkkür edirəm. Ümid edirəm ki, gec olmadan sənətimi sevən dəyərli dostlarım 155.000 AZN üçün də dəstək olacaqlar".
Qeyd edək ki, K.Xasıyeva 254 min manatı yığdıqdan sonra müalicəsi üçün Almaniyaya əməliyyata yollanacağını bildirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO