Prokuror protest versə də, təqsirləndirilən şəxs azadlıqda qaldı   - FOTOLAR

Prokuror protest versə də, təqsirləndirilən şəxs azadlıqda qaldı - FOTOLAR

Hazırda oxunan: Prokuror protest versə də, təqsirləndirilən şəxs azadlıqda qaldı - FOTOLAR
90715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şükürov kafenin qarşısında dostu Abbasəli Xudiyevin Nicat Bayramovla mübahisə etdiyini görüb.

Bakı Apellyasiya Məhkəməsində Abşeron rayon sakini Elşad Şükürovun (1991-ci il təv.) CM-nin 126.2.4-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, 2013-cü il avqustun 7-nə keçən gecə saat 1 radələrində Elşad Şükürov taksi ilə Sumqayıt şəhərində yaşayan xalasıgilə gedərkən Xırdalan dairəsinin yaxınlığında yerləşən “İstisu”x9d kafesinin qarşısında dostu Abbasəli Xudiyevin Nicat Bayramovla mübahisə etdiyini görüb.

Bu səbəbdən taksidən düşərək, onlara yaxınlaşıb və əsaslı səbəb olmadığı halda sonuncu ilə sözləşməyə başlayıb, sonra isə Bayramovu kənara çəkib üzərində olan məişət təyinatlı mətbəx bıçağı ilə onun qarın nahiyəsinə bir zərbə vurub. Xəstəxanaya çatdırılan şəxsə vaxtında tibbi yardım göstərildiyinə görə, onun həyatı həkimlər tərəfindən xilas edilib. Hadisədən 2 gün sonra Elşad Şükürov Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və dindirmə zamanı, o törətdiyi cinayəti etiraf edib. 

Məhkəmə prosesində Elşad Şükürov ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində avqustun 6-sı axşam saat 23 radələrində “20 yanvar”x9d metrostansiyasının yaxınlığından markasına və dövlət nömrə nişanına fikir vermədiyi taksiyə əyləşərək yaşadığı Xırdalan şəhərinə getdiyini bildirib. Adıçəkilən kafenin qarşısından keçəndə dostu Abbasəlinin bir nəfər tanımadığı şəxslə mübahisə etdiyini görüb, taksini saxladaraq düşüb, dostu ilə görüşüb.

Nə baş verdiyini soruşduqda, Abbasəli heç nə olmadığını bildirib, həmin vaxt o, hər hansı dalaşmanın şahidi olmayıb və heç bir mübahisədə iştirak etməyib, gəldiyi taksiyə oturaraq, evlərinə gedib. Səhərisi gün Xudiyevlə telefonla əlaqə saxladıqda, sonuncu dünən mübahisə etdiyi Nicat adlı oğlanın bıçaqla kimsə tərəfindən vurulduğunu deyib.

Bundan bir neçə gün sonra əmisi oğlu polislərin evə gələrək onu axtardıqlarını deyib, bu səbəbdən də o, Binəqədi RPİ 6-cı polis bölməsinə gedib. Orda adını bilmədiyi mülki geyimdə olan polis əməkdaşı ona təzyiq göstərərək Nicat Bayramovu bıçaqla vurduğunu boynuna almasını, almayacağı təqdirdə isə ona zorlama və narkotik maddələri yükləyəcəyini bildirib.

Buna görə o, məcbur olaraq yalandan izahatında guya Nicatı vurduğunu göstərib, lakin əslində əvvəllər ümumiyyətlə, həmin şəxsi tanımayıb. İstintaq orqanına təqdim etdiyi bıçaq isə, evlərinin mətbəx otağındakı bıçaqlardan biri olub. İttiham aktında yazılıb ki, guya o həmin gecə Sumqayıta getmək istəyib, əslində onun Qiyafət adlı xalası olsa da, həmin adam Sumqayıtda yaşamır. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, müayinə zamanı ekspert ondan heç nə soruşmayıb, yazıb-oxuya bilmədiyindən bütün sənədləri oxumadan imzalayıb. Bununla yanaşı Şükürov günahsız olduğunu, istintaq zamanı verdiyi izahatının və ifadəsinin düzgün olmadığını, həmin ifadələri psixoloji təsir nəticəsində çarəsiz qalaraq verdiyini, ümumiyyətlə, Nicat Bayramovu görənədək əvvəllər tanımadığını bir daha bildirərək məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə bəraət verilib və o məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək E.Şükürovun cəzalandırılmasını istəyib. 

Bakı Apellyasiya Məhkəməsi işə baxaraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO