Bakı şəhəri dənizdə batan şəxsin meyiti tapılıb.
Moderator.az FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda dənizdə batmış (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazidə) 2001-ci il təvəllüdlü, Hacıyev Sərxan Aydın oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 18:37-də başa çatıb.


































































































