Elnarə Abdullayevaya AĞIR İTKİ

Elnarə Abdullayevaya AĞIR İTKİ

Hazırda oxunan: Elnarə Abdullayevaya AĞIR İTKİ

626761

Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın ailəsinə ağır itki üz verib.

Bizim.Media xəbər verir ki, bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında paylaşım edərək kədərini izləyiciləri ilə bölüşüb.

Belə ki, sənətçinin qardaşı Yaqub vəfat edib.

"Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü.

Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Sənin gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, kaş ki, səni bir dəfə də olsun qucaqlaya, səsini bir dəfə də eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik.

Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO