Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO

Hazırda oxunan: Merdən Netanyahunun həbsi ilə bağlı AÇIQLAMA - "Əgər Nyu-Yorka gəlsə..." – VİDEO
626754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nyu-York meri Zöhran Məmdani İsrailin Baş naziri Benyamin Netanyahu barədə sərt bəyanatla çıxış edib.

Bizim.Media xəbər verir ki, mer Netanyahunu "hərbi cinayətkar" adlandıraraq, onun Fələstin xalqına qarşı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıdığını bildirib.

Məmdani vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahu barəsində həbs qərarı verməsi təsadüfi deyil və onun məhkəmə qarşısına çıxarılmalı olduğunu düşünür.

Mer qeyd edib ki, Nyu-York administrasiyası Netanyahu şəhərə gələcəyi təqdirdə BCM-nin orderini icra etmək imkanlarını araşdırsa da, bunun üçün müstəqil hüquqi səlahiyyətə malik deyil. O, ABŞ federal hökumətini Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa və həmin orderi icra etməyə çağırıb.

Məmdani əlavə edib ki, Benyamin Netanyahu, eləcə də azadlıqda olan digər hərbi cinayətkarlar Nyu-Yorkda arzuolunan şəxslər deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO