
- A-
- A
- A+
Dünya
09:43 / 22.07.2026
Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq
Hazırda oxunan: Ukraynanın "Magura" dəniz dronları ABŞ-da istehsal olunacaq
626749
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ukraynada hazırlanaraq döyüş şəraitində sınaqdan keçirilmiş "Magura" dəniz pilotsuz aparatlarının istehsalına ilk dəfə ABŞ-da başlanılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
ABŞ-ın xüsusi təyinatlı qayıqlar istehsal edən ReconCraft şirkəti ilə Ukraynanın Uforce şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər material, avadanlıq və işçi qüvvəsini birgə təmin edəcəklər.
Bildirilib ki, Oreqon və Cənubi Karolina ştatlarında hər il yüzlərlə, hətta minlərlə "Magura" dronunun istehsalı planlaşdırılır. Bu pilotsuz sürətli qayıqlar 770 kiloqrama qədər yük daşıya və təxminən 560 kilometr məsafə qət edə bilir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































